Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar.
EDnews xəbər verir ki, səfər çərçivəsində qonağa Şuşada həyata keçirilən bərpa və yenidənqurma layihələri barədə məlumat verilib.
Bildirilib ki, yaşayış kompleksi müasir şəhərsalma standartlarına uyğun inşa olunub və şəhərin sosial infrastrukturunun inkişafında mühüm rol oynayacaq.











