Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Şuşa şəhərində yerləşən məsciddə aparılan tikinti və bərpa işlərinin gedişi ilə tanış olublar.
EDnews xəbər verir ki, dövlət başçılarına məsciddə həyata keçirilən yenidənqurma və bərpa işlərinin hazırkı mərhələsi barədə məlumat verilib.
Bildirilib ki, işlər Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrin bərpası və şəhərin əvvəlki mədəni simasının qaytarılması istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrin tərkib hissəsidir.












