Azərbaycanda qumar oyunlarının keçirilməsinə görə cəzaların sərtləşdirilməsi nəzərdə tutulur.
EDnews xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, qumar oyunlarının təşkili və keçirilməsinə görə daha sərt inzibati və cinayət məsuliyyəti mexanizmlərinin tətbiqi planlaşdırılır.
Dəyişikliklərin məqsədi bu sahədə qanunsuz fəaliyyətin qarşısının alınması və hüquqi nəzarətin gücləndirilməsi kimi qiymətləndirilir.







