Qətər Dövlətinin Şura Məclisinin sədri Həsən bin Abdulla Əl-Qanim Azərbaycana işgüzar səfərə gəlib.
EDnews xəbər verir ki, səfər çərçivəsində Həsən bin Abdulla Əl-Qanimin Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.
Görüşlər zamanı Azərbaycan ilə Qətər arasında parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması gözlənilir.
Səfərin iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına töhfə verəcəyi bildirilir.








