Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səadət Partiyasının keçmiş sədri Temel Karamollaoğluna qarşı açdığı mənəvi təzminat iddiasını qazanıb.
EDnews xəbər verir ki, Ankara 27-ci Asliye Məhkəməsi Karamollaoğlunun Ərdoğana qarşı səsləndirdiyi iddialara görə 70 min türk lirəsi məbləğində təzminat ödəməsi barədə qərar çıxarıb.
Prezidentin vəkili Hüseyn Aydın bu haqda sosial şəbəkə hesabında açıqlama yayaraq bildirib ki, məsələ 22 fevral 2024-cü ildə bir televiziya proqramında Temel Karamollaoğlunun mərhum Necmettin Erbakanı guya Ərdoğanın həbs etdirməyə çalışması və Ankara polisinin mühasirəyə alınması ilə bağlı dedikləri əsasında gündəmə gəlib.
Aydın qeyd edib ki, Karamollaoğlu bu açıqlamaları ilə Ərdoğanın nüfuzuna və siyasi imicinə xələl gətirməyə cəhd edib. Məhkəmə prosesi nəticəsində Karamollaoğlunun söylədiklərinin əsassız və böhtan xarakterli olduğu təsdiqlənib və qərar Ərdoğanın lehinə çıxarılıb.
Bu qərar Türkiyə siyasi arenasında son zamanların diqqətçəkən məhkəmə proseslərindən biri kimi dəyərləndirilir.
Fatima Şükürova // EDnews