Azərbaycanın televiziya tarixində ən çox izlənilən və ən çox müzakirə olunan realiti layihələrindən biri hesab edilən "Maşın" Şou yenidən başlayır.
EDnews xəbər verir ki, bu barədə “Xəzər” telekanalının baş prodüseri Toğrul Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. O, layihənin yayımlanacağı tarixi açıqlamasa da, paylaşımda “loading” ifadəsindən istifadə edərək şounun yaxın zamanda efirə qayıdacağını bildirib.
Qeyd edək ki, layihənin rəhbəri və aparıcısı Xalq artisti, “Xəzər” TV-nin direktoru Murad Dadaşovdur. “Maşın” illər ərzində Lider TV, ATV və ANS telekanallarında yayımlanaraq geniş tamaşaçı auditoriyası qazanıb.
2005-ci ildə start götürən layihənin bu günədək 16 buraxılışı təşkil olunub və ümumilikdə 288 iştirakçı şouda yer alıb. İlk mövsümlərdə sıravi vətəndaşların qatıldığı layihədə sonrakı buraxılışlardan etibarən əsasən tanınmış simalar iştirak edib.







