Günümüzdə istənilən şəxs xüsusi proqramlar vasitəsilə kiminsə evindəki wifi kodunu deşifrə edərək internetdən sərbəst istifədə edə bilir. İstifadəçilərin sayı artdıqca internetin sürəti də azalır. İnformasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elçin Məmmədov deyir ki, əslində belə hallardan sığortalanmanın bir neçə yolu var. Bunun üçün öncə modemin standart istifadəçi adı və parolunu dəyişmək lazımdır.
Tam təhlükəsizliyi təmin etmək üçün digər bir üsul isə yalnız wifi-dan istifadə edəcək avadanlıqların qoşulmasını təmin etməkdir.
Əgər modemdə brodkast yəni paylama vəziyyəti açıqdırsa onu da mütləq bağlamaq lazımdır. Wifi-ın adını gızlədərək də kodun sındırılmasının qarşısını almaq mümkündür. Belə olan halda hansısa başqa cihaz tərəfindən axtarışda wifi-ın adı görünmür.