“Poz, Qazan” lotoreyasında şansınız buna görə GƏTİRMİR Havaya sovrulan pullar, puç olan ümidlər...

“Poz, Qazan” lotoreyasında şansınız buna görə GƏTİRMİR <span class="text-danger">Havaya sovrulan pullar, puç olan ümidlər...</span>

Son zamanlar Azərbaycanda insanlar arasında “Yeni “Poz, Qazan” ani lotoreya oyunu xeyli populyarlaşıb. Sözügedən lotoreya oyununun ortaya çıxması, bir çox insanın ona hədsiz marağının pandemiya və sosial problemlərin artdığı bir dövrə təsadüf etməsi diqqət çəkir. Hər gün avtobus dayanacaqlarında, lotoreya satış nöqtələrində xüsusilə kasıb təbəqədən olan vətəndaşların böyük həvəslə “Qızıl 2”, “Şans ulduzu” və “Brilliant” ani lotereyaları almasının şahidi oluruq. Qeyd edək ki, bu oyunlar “Azərlotereya” ASC tərəfindən keçirilir.

“Milyonlarla uduş qazanma şansı” nə dərəcədə realdır?

Mövzu ilə bağlı Ednews kiçik araşdırma aparıb.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov lotoreyaların iki növ – ani və tirajlı olduğunu bildirir.

"“Poz Qazan” ani lotoreyadır. Ani lotoreyada uduş həmin anda müəyyən olunur və vətəndaş uduşunu yerindəcə ala bilir. Azad İstehlakçılar Birliyi 18 il öncə lotoreya bazarını ciddi tədqiq edib. Vaxtilə Azərbaycanda 23 lotoreya şirkəti var idi. Kütləvi surətdə insanları aldadırdılar. Biz ani lotoreyada insanları necə aldatdıqlarını müəyyən etdik. Ani lotoreya kuponları bir-birindən fərqlənməməlidir, hamısı identik olmalıdır. Lakin bu lotoreya kuponlarının arxasında bir rəqəm var, o rəqəmlə onlar fərqlənirlər. Həmin ani lotoreyaların çapını sifariş edən fiziki və ya hüquqi şəxsə məlum olur ki, hansı nömrədə hansı rəqəmin üstü bağlanıb. Yəni uduşlu lotoreya kuponları əvvəlcədən sifarişçiyə məlum olur, onları istəsə götürə, istəsə götürməyə bilər və s. Bu istehlakçıların kütləvi surətdə aldanmasına gətirib çıxarır. AİB bununla bağlı tədiqat apardı və dövlət orqanları qarşısında məsələ qaldırdı. 23 şirkətin bağlanmasına nail olduq”.

E. Hüseynov deyir ki, bundan sonra “Azərlotoreya” ASC yarandı və hesab edildi ki, daha şəffaf bir iş görüləcək.

“Lakin “Azərlotoreya” da həmin aldatma üsulunu etməyə başladı. Biz yenə də dövlət qarşısında məsələ qaldırdıq. “Azərlotoreya”da ani lotoreyalarda həmin rəqəmi götürdülər. Sonra AİB-də bu sahənin bilicisi olan ekspertimiz rəhmətə getdi. Biz daha onların yeni aldatma mexanimlərini tapa bilmədik. Lakin bu günlərdə mənə göstəriblər ki, “Azərlotoreya”nın “Poz Qazan” lotoreyalarında kuponların arxasında rəqəmlər var, bir-birindən fəqlənirlər və öncədən məlumdur”.

O, müxtəlif ölkələrdə “Poz Qazan” tipli lotoreyaların olduğunu deyir.

“Portuqaliyadan bir nümunə aldım və gördüm ki, eyni yolla aldadırlar. Amerikanın Vaşinqton şəhərində Ümumdünya Ticarət Təşkilatının ofisinin yaxınlığında bizə bir neçə il öncə dərs keçirdilər. Mən dedim elə sizin ofisin yanında sizi aldadırlar. Həmin lotoreyanın nümunəsi məndə var. Gürcüstanda da bu cür lotoreya almışam. Azərbaycanda, Amerikada, Portuqaliyada necə aldadırlarsa, orda da eynilə aldadırlar”.

      

      

Ekspert deyir ki, kuponların üzərindən o rəqəmlər mütləq götürülməlidir.

“Başqa bir aldatma üsulları varsa AİB onu da axtarıb tapacaq. Birmənalı şəkildə “Poz Qazan” lotoreyasında insanları aldadırlar. Üstəlik, mən dəfələrlə tirajlı lotoreyanın oyun komissiyasına çağrılırdım. Gördüm ki, komissiyada oturan insanların orda heç bir hüquqi əsası yoxdur. Onlar uduş fondunu, nə qədər lotoreya bileti satılıb, nə qədəri qalıb, bunu müəyyən etmirlər, heç bir əsasnamə yoxdur. Bir sözlə “Azərlotoreya” istəyirsə ki, şəffaf fəaliyyət göstərsin və insanları aldatmasın, ani lotoreyalar üzərindən o rəqəmlər götürülməli, tam identik bir lotoreya kuponu buraxılmalıdır. Necə ki, bir müddət bunu etdilər. Həmçinin uduş komissiyasında oturan və televiziyaya çağırılan ictimai-siyasi, mətbuat xadimlərinə bir səlahiyyət verilsin ki, bu işləri görmək üçün hüquqları olsun”.

Pandemiyanın gətirdiyi ümidsizlik

Psixoloq Rafiq Allahverdiyev lotoreya oyunlarının gizli pixoloji motivini belə açıqlayıb.

"Bütün qumar oyunlarının təməlində "bəxt", "günah" və "ədalət" prinsipi dayanır. İnsan öz uğursuzluğuna və qazancına görə günahlandırılmasını istəmir. Bütün hallarda dərhal özünə bəraət qazandırır. Bu ədalət və günah prinsipi ilə möhkəmlənəndə bəxt deyilən anlam əmələ gəlir. Yəni "mənim bəxtim gətirdi". Qumar oyunlarının təməlində bu üç prinsip durduğuna görə insanlar ondan qopa bilmir. Evini, mülkünü, əşyasını uduzur, amma hesab edir ki, mənim bəxtim pis ola bilməz, burda heç kəsin günahı yoxdu, sadəcə bəxtim gətirmədi. İnsanda qumar oyunlarından başqa heç bir yerdə mənəvi-əxlaqi dəyərlərinə mənsub olan şeyləri uduzmaq, vermək hissi olmur. İnsan xanımını, qızını uduzur, amma özünü öldürmür. Keçmişdə Çin və Hindistanda nəinki mülkü, xanımını, qızını, hətta bədənlərinin bir hissəsini uduzublar. Müharibə şəraitində belə təslim olmaq anlamı güclü olmur, təslim olacağı təqdirdə insan özünü öldürür, amma qumarda bu yoxdur”.

Psixoloq lotoreya biletini alan şəxsin yanaşmasını belə izah edib.

““Poz Qazan” kuponlarının üstü bağlıdırsa bu ədalətsiz ola bilməz, orda fırıldaq və hiylə ola bilməz, çünki nə bilirlər ki, bunun altında nə var - deyə həmin adam düşünür. Bu aldadıcı bir gipnozdur. “Haqsızlıq varsa da belə burada uduşlu 1-2 kart ola bilər. Burada ədalətsizlik yoxdur, sadəcə mənim bəxtim yoxdur. Sərbəst seçim var, yəni hansı kartı istəyirsizsə onu götürün” -deyə o fikirləşir. Bu insan psixikasını gipnoz edir. Sonda isə “bəhrələnmək” gəlir. 50 manat xərcləyir, 2 manat udur. Dərhal geri inkişaf başlayır, "ədalət", "günah" və "bəxt". Düşünür ki, 2 manat udmuşamsa, yenə udacam. Bütün qumarın mahiyyəti ümidlərdir. Necə ki, insan hər şeydə ümidlərlə yaşayır”.

R. Allahverdiyev bildirir ki, bütün insanlar səhhətindən, sosial vəziyyətindən, intellektindən, hətta maddi mənşəyindən belə asılı olmayaraq bu cür oyunlara aludə ola bilir.

“Pandemiya insanlarda "ümidsizlik" əmələ gətirdi. Bu nə vaxt qurtaracaq? sualı yarandı. Axı sərbəst seçimin qarşısı alınıb, təcridolunma var və həmin o "ümidsizlik" sərbəst seçim ümidlərini qırır. Sən istədiyini edə bilməzsən. İnsan psixologiyasında dərhal ədaləti bərpa etmək, günah və bəxt anlayışları aktivləşir. Bu zəncir qırıldığı üçün lotoreya oyunları meydana çıxıb. Bu çox güclü hazırlıqlı, savadlı insanların düşüncəsidir. Lotoreya həmişə var, amma fikir verin, aclıq, müharibələr, səfalət, işgəncələr, qadağalar, məhrumiyyətlər olduğu vaxtda qumar oyunları güclənir, insanlar çox xoşbəxt yaşadıqları, əyləncəli olduqları, hər şey gözəl olduğu vaxt kazino və lotoreyaya meyllənmir”.

Hüquq müdafiəçisi Sahib Məmmədov bildirir ki, bu sahədə dövlət standartları və bu standartlara əməl olunmasına da nəzarət edən orqanlar var, onlar bu məsələni qaldırmalıdır.

“Bu məsələ dövlət tərəfindən tənzimlənir və dövlətin nəzarəti altında həyata keçilir. Əgər istehlakçının hüququ pozulursa dövlət müdaxilə etməli və bunun qarşısını almalıdır”.

Millət vəkili Naqif Həmzəyev təəssüflə bildirir ki, vətəndaşlarımız müxtəlif yollarla aldadılır, onlara ümid verilir.

“Onlara külli miqdarda pul udacağı deyilsə də nəticə etibarilə burda tək bir udan var, o da bu xidməti göstərən təşkilatdır. Düzdür, burda uduşlar da olur, kimlərsə hansısa məbləği qazanırlar, amma ümumi götürdükdə vətəndaşlarımız kiçik həcmdə çoxlu sayda vəsaitlər itirirlər. Təəssüflər olsun ki, onların ümidləri çox vaxt doğrulmur, nadir hallarda şans kimlərinsə üzünə gülür”.

Millət vəkilinin sözlərinə görə, bu hələ bəlkə də mərc oyunlarının qanuni yolla təqdim olunan bir versiyasıdır.

“Təəssüflər olsun ki, bu gün qanunsuz yolla mərc oyunları təşkil edən məkanlar var. Onlara qarşı hüquq-mühafizə orqanları mübarizə aparır. İstənilən halda vətəndaşlarımız marifləndirilməlidir. Onlara doğru-düzgün izah olunaldır ki, bu cür mərc oyununda iştirak edib hansısa vəsaiti xərcləyib onu itirməkdənsə, başqa işə cəlb etmək olar. Düşünürəm ki, bu sahədə marafləndirmə yaxşı formada təşkil olunmaldır. Aidiyyatı qurumlar insanları düzgün formada məlumatlandırmalıdırlar”.

Məsələ ilə bağlı “Azərlotereya” ASC-yə suallarımızı ünvanladıq, qurumdan cavab gözləyirik. 
 
Mövzunu diqqətdə saxlayacağıq.

Gülnar Səlimova

Xəbər xətti

Ronaldo azarkeşlərə səsləndi
04:10
Nazirdən böyük anons: Yeni subsidiyalar və güzəştli kreditlər gəlir
03:41
Rusiyalı alimlər hepatit B-nin müalicəsi üçün preparat hazırlayırlar
03:26
“Bizi Trampın qarşısında utandırdınız” - Netanyahu qəzəbləndi
03:02
DÇ-yə görə ölkədə iş saatını dəyişdilər
01:31
Senat Trampın İrana qarşı müharibə səlahiyyətləri ilə bağlı qətnaməni bloklayıb
01:24
BU TƏLƏBƏ ölkə birincisi OLDU
01:14
Mbappe Seneqalı qol vurduğuna PEŞMAN ETDİ- SON DƏQİQƏ
01:04
DRONLARA GÖRƏ 16 MİLYARD AVROYA DƏYƏRMİ?
00:58
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR! "XOCƏSƏN GÖLÜ" DAŞDI, EVLƏRİ SU APARDI...
00:49
İsrail telekanalı məxfi sənədi dərc etdi: ABŞ-İran razılaşmasının əsas bəndləri açıqlandı
00:43
DÇ-2026: Fransa - Seneqal oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
00:36
İliya Topuriya ilə bağlı PİS XƏBƏR : HƏR İKİ GÖZÜ...
00:31
"Ukraynadakı münaqişənin HƏLLİ ÜÇÜN 2 YOL VAR" -MERZ
00:22
ABŞ kəşfiyyatından ŞOK AÇIQLAMA : “Tehran istənilən an …”
00:08
17.06.2026
ABŞ-İran arasında memorandum çərçivəsində YENİLİK - "300 milyard dollar investisiya..."
23:49
Məşhur hüquqşünasın ailəsində faciə baş verib
23:19
Ukrayna ordusuna aid hərbi təyyarə qəzaya uğrayıb - Ekipaj üzvləri həlak olub -YENİLƏNİB
22:39
Rusiya Britaniya yaxtasına atəş açıb
22:21
Əraqçi omanlı həmkarına zəng edib: NƏ BAŞ VERİR?
22:11
G7 Rusiyaya qarşı sanksiya təzyiqini artırmağa razılaşdı
21:53
Bu ərazilərdə qaz kəsiləcək
21:19
“Qarabağ” onunla razılıq əldə edib
20:29
İki maşın aşıb, xəsarət alanlar var
20:17
Köçəryana cinayət təqibi başlanılır
19:45
"Qarabağ" ın UEFA Avropa Liqasının təsnifat mərhələsindəki rəqibi müəyyənləşib
19:23
Arayik Harutyunyanla bağlı TƏCİLİ XƏBƏR
18:33
BAMF-ın Himayəçilik Şurasının növbəti iclası keçirildi - FOTOLAR
18:19
“Sabah”ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu
18:17
Milli Məclis komissiyasından Fransa ilə bağlı sərt bəyanat: “Hibrid təhdidlər davam edir”
18:02
TƏCİLİ! Gömrükdə keçirilən əməliyyatın DETALLARI
17:38
Ukrayna XİN rəhbəri Marko Rubio ilə görüşüb
17:27
Çingiz Abdullayev Mircəfər Bağırovla bağlı FAKTI AÇDI: “Bundan sonra güllələndi"
17:17
“Azərbaycanın alman irsi yalnız TARİXİ YADDAŞ DEYİL” - Çingiz Abdullayev
17:15
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı
17:09
Tramp İsraili Livandakı əməliyyata görə TƏNQİD ETDİ
16:59
Zelenski G7-də Trampdan nə istədi?
16:53
Bir gündə 336 milyard dollar qazandılar
16:46
Bu ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
16:42
Tramp Zelenski ilə yenidən görüşəcək: G7-dən Rusiyaya təzyiq mesajı
16:37
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşüb
16:30
"Halal iqtisadiyyatın inkişafına hazırıq" - ANAR KƏRİMOV
16:20
ŞOK! Ağ Evə partlayıcı dronla hücum planı: beş nəfər saxlanıldı
16:16
“Samur” sərhəd komendantlığı yenilənmiş formada istifadəyə verildi
16:12
İlham Əliyevlə Niderlandın Baş naziri danışıblar - NƏLƏR MÜZAKİRƏ OLUNUB?
15:58
“Ermənilər Nizami Gəncəvinin yubileyini qeyd ediblər” - Çingiz Abdullayev
15:54
Tanınmış ifaçı vəfat etdi
15:43
DÇ-2026-da bu gün: Fransa, Argentina və Avstriya meydana çıxır
15:34
“Qarabağ”da növbəti GÖZLƏNİLMƏZ ayrılıq
15:21
Azərbaycanda gənclər üçün yeni İT imkanı: EPAM mərkəzi açıldı
15:10
"Dünyanı başlarına yıxacağıq" - Tramp
14:56
Zəlzələ baş verdi - TƏCİLİ
14:54
“Ukrayna Belarusa cavab zərbəsi endirəcək”: SENSASİON AÇIQLAMA
14:50
Fermerlər üçün güzəşt: bu avadanlıqlar ƏDV-dən azad edilir
14:42
İqtisadiyyat naziri Lord Stokvud ilə görüşdü
14:28
Avropa Birliyi İran və enerji asılılığı ilə bağlı mövqeyini açıqladı
14:18
Tramp: "ABŞ–İran razılaşmasının ikinci mərhələsi asan olacaq"
14:01
"QHT səviyyəsində digər təşkilatlarla əməkdaşlıq imkanları yarana bilər" - Məryəm Məcidova
13:58
Vüqar Bayramov: "Bu, Azərbaycanla İİB arasında münasiblərin dərinləşdiyini göstərir"
13:51
Rusiyanın Paşinyanla bağlı PLANI NƏDİR? - Şevçenko AÇIQLADI
13:45
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR