Qazaxın işğalda olan Aşağı Əskipara kəndində etiraz aksiyalarında iştirak edən və xuliqanlıqda şübhəli bilinən 7 nəfər saxlanılıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Ermənistan İstintaq Komitəsi yayıb.
Qeyd edək ki, Azərbaycanla sərhədin delimitasiyası çərçivəsində ərazilərin minalardan təmizlənməsinə başlanılan əraziyə xeyli sayda polis əməkdaşları gətirilib.