Xəbər verdiyimiz kimi, Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Ednews işğaldan azad olunan Qızılhacılı kəndinin görüntülərini təqdim edir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Qazax rayonunun dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.
Həmin kəndlərinin əraziləri mayın 24-də Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.