Səməd Vəkilov Dərləyəz mahalının Gülsütan kənd sakinləri ilə görüşüb

Cəmiyyət 10:58 12.08.2024

Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi ”Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsini uğurla davam etdirir.

Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin sədri araşdırmacı hüquqşünas Səməd Vəkilov layihə çərçivəsində Bakıda yaşayan Qərbi Azərbaycanın Dərələyəz mahalının Paşalı rayon Gülüstan kənd sakini Fəxrəddin Tarverdi oğlu Şahhüseynovun ailəsində olub. Görüşün məqsədi 1988-ci ildə öz ata-baba torpaqlarından zorla köçürülmüş Qərbi Azərbaycanlıların həyat hekayələrini dinləməkdi.

S.Vəkilov qeyd edib ki, Şahhüseynovlar ailəsi də erməni xislətindən nəsibini almış ailələrdən biridir. Onlar 1988-ci ildə öz doğma yurdların tərk etdikdən sonra Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Çalxanqala kəndinə köçərək, burada məskunlaşıblar. Demək olar ki, Qərbi Azərbaycanın fərqli bölgələrindən buraya pənah gətirmiş eyni taledə olan insanlar çox böyük zəhmətlə və əziyyətlə həyatlarına yenidən başlayıblar. Fəxrəddin Şahhüseynov bildirib: “ Mən doğma yurdum Gülüstan kəndini tərk edəndə 10 yaşım var idi. Gecə yarısı qardaşım məni yuxudan oyadaraq, ermənilər kəndi yandıracaqlar evdən çıxmalıyıq deməsi uzun müddət yaddaşımda psixoloji sarsıntı olaraq qaldı. Çox çətinliklə gecə ailəmlə birlikdə doğma evimizi tərk edərək, bir müddət Babək rayonunun Buzqov, sonra isə Cəhri kəndlərində qohumlarımızgildə müvəqqəti məskunlaşdıq. Bu müddət ərzində təhsildən geri qaldım. Sonra Çalxanqala kəndinə köçərək, yenidən yurd-yuva qurduq. Orta təhsilimi davam etdirib, eyni zamanda ali təhsil aldım. 7 -il Çalxanqala kənd orta məktəbində Tarix müəllimi işlədim, hal-hazırda hüquqşünasam”.

F.Şahhüseynovun qeyd etdiyi maraqlı faktlardan biri də ömür, gün yoldaşının da onun kimi eyni taleyi yaşaması olub. Onun həyat yoldaşı Ləman xanım və ailəsi erməni vəhşiliyinin qurbanı olub. Onlar da Dərələyəz mahalının Amağu kəndindən Çalxanqala kəndinə köçüblər. Həm eyni taleyi yaşayıb, həm də eyni həyatı paylaşıblar. Zamanla Çalxanqala kəndi onlar üçün doğmalaşıb. Ancaq uzun illər burada yaşadıqdan sonra Bakı şəhərinə köçüblər. 2 övladları var. Onlar da vətənpərvər ruhda böyüyüb. Qızları Mədinə də doğma yurdu Qərbi Azərbaycana, eyni zamanda milli dəyərlərimizə və adət-ənənələrimizə çox bağlıdır. Ləman xanımın bacısı Turanə xanım və onun ailə üzvləri də eyni taleləri bölüşürlər. Onlar da Qərbi Azərbaycana qayıtmaq, ata-baba torpaqlarını görmək arzusundadılar.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

ABŞ İrana qarşı sanksiyaların tətbiqini dayandırdı
10:42 02.06.2025
Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik etdi
08:24 02.06.2025
Kovalenko: Rusiya strateji bombardmançılarını bərpa edə bilməyəcək
08:03 02.06.2025
Böyük Britaniya 12 nüvə sualtı qayıq inşa edəcək
05:29 02.06.2025
Hokkaydo adasında 6,1 bal gücündə zəlzələ baş verib
05:19 02.06.2025
Aqressiv beyin xərçənginin müalicəsində irəliləyiş əldə olunub
04:13 02.06.2025
Polşada prezident seçkilərində müxalifətin namizədi qalib gəldi
03:24 02.06.2025
Almaniyada xəstəxananı yandıran 72 yaşlı kişi saxlanılıb
20:57 01.06.2025
World Boxing-dən Məcburi Gender Testi Qərarı: İdmanda Yeni Mübahisə
13:07 31.05.2025
Simonyanın “300 min azərbaycanlı” açıqlaması Ermənistanda narahatlıq doğurub
13:01 31.05.2025
Bakı-Vaşinqton təmasları intensivləşir: ABŞ Azərbaycanın strateji rolunu tanıyır
12:55 31.05.2025
“Uitkoff planı” rədd edilsə, HƏMAS tamamilə məhv ediləcək"
11:47 31.05.2025
ABŞ Ukraynanı Rusiya ilə danışıqlarda iştiraka məcbur edə bilər
11:39 31.05.2025
"Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib "
10:50 31.05.2025
Senator Stiv Deyns Bakı-Yerevan sülh prosesinə ABŞ-ın dəstəyini bir daha ifadə etdi
10:21 31.05.2025
Azərbaycan və Dominikan Respublikası arasında diplomatik təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
10:17 31.05.2025
Ukrayna Türkiyədən hava hücumundan müdafiə sistemləri istədi
10:16 31.05.2025
"Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj gəlib
10:10 31.05.2025
Can Pyero Qasperini "Roma"da
09:48 31.05.2025
"Fənərbaxça" iki ulduz futbolçu ilə yollarını ayırdı
09:11 31.05.2025
Bazarda keyfiyyətsiz günəbaxan yağları: Bu markalara diqqət edin!
09:05 31.05.2025
Türkiyə və Gürcüstandan olan din xadimlərinin Şuşaya səfəri başlayıb
09:04 31.05.2025
İranda tələbələr qazdan zəhərləndi: Universitet yataqxanasında təhlükəli hadisə
08:12 31.05.2025
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
07:51 31.05.2025
Tramp Maskı qeyri-adi hədiyyə ilə yola saldı
07:47 31.05.2025
UEFA Çempionlar Liqasında final həyəcanı: PSJ "İnter"lə üz-üzə gəlir
07:33 31.05.2025
Alkoqol içəndə üzünüz qızarır? - Həkim təhlükə barədə xəbərdarlıq etdi
01:55 31.05.2025
Qədim mayalıların yeni sirri ortaya çıxdı
01:06 31.05.2025
Erməni Diasporunun Qaranlıq Tarixi: Yalanlar, Lobbiçilik və Azərbaycan Həqiqətləri
17:36 30.05.2025
"Qlobal Cənub QHT Platformasının yaranması fövqəladə hadisədir"
16:06 30.05.2025
Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması haqqında təklif qəbul olundu
13:42 30.05.2025
Nigeriyada 60-dan çox terrorçu zərərsizləşdirilib
13:05 30.05.2025
"Türkiyənin davamlı dəstəyinə ümid edirik"
12:57 30.05.2025
ABŞ Rusiya və Ukrayna arasında danışıqların ikinci raundunda iştirak etməyəcək
11:57 30.05.2025
"Xorvatiya ilə siyasi dialoqumuz əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaradır"
11:21 30.05.2025
Daxildə Birlik, Xaricdə Etibar – Azərbaycanın Müstəqillik Formulu Oğuz Mirzə yazır...
11:21 30.05.2025
Azərbaycan millisi finalın bir addımlığında Dünya çempionatında həyəcanlı yarımfinal
10:52 30.05.2025
Azərbaycan və Çin arasında vizasız rejimə dair saziş təsdiqləndi
10:40 30.05.2025
HƏMAS Uitkoffun atəşkəs planını qəbul etmədi
10:31 30.05.2025
" İran və ABŞ arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli istiqamətində razılıq əldə olunmayıb"
10:27 30.05.2025
Hamısı