BMT-nin İqtisadi və Sosial Şurasının Əsas Məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Nizamnaməsinin 4.4. maddəsinə əsasən öz əmlakından istifadə haqqında 31 dekabr 2023-cü ilə dair hesabatı təqdim edib.
Maliyyə vəziyyəti haqqında hesabata əsasən təşkilatın Himayəçilik Şurası vəsaitlərdən istifadəni qənaətbaxş hesab edib.
Qeyd edək ki, 2023-cü il ərzində əsas vəsaitlərin dəyəri 739870 AZN, kommersiya fəaliyyətindən daxil olmalar 3603285 AZN, qeyri-kommersiya fəaliyyətindən daxilolmalar isə 2141076 AZN təşkil etmişdir. Bu dövr ərzində daxil olmuş vəsaitlər büdcə üzrə nəzərdə tutulan xərcləri tam qarşılamışdır.