Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan və 32 ildir itkin düşmüş hesab olunan Rəşadət Əli oğlu Piriyevin nəşinin qalıqları aşkar edilib.
EDnews-un məlumatına görə, Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən həyata keçirilən genişmiqyaslı araşdırma, ekshumasiya və DNT identifikasiyası tədbirləri nəticəsində şəhid Rəşadət Əli oğlu Piriyevin şəxsiyyəti tam dəqiqləşdirilib.
İllər sonra tapılan şəhidimizin nəşinin qalıqları yaxın günlərdə ailəsinə təhvil veriləcək. R.Piriyev doğma yurdunda - Bərdə rayonunun Yeni Daşkənd kəndində, mayın 22-də dəfn olunacaq.
Qeyd edək ki, Rəşadət Əli oğlu Piriyev 1 oktyabr 1973-cü ildə Bərdə rayon Yeni Daşkənd kəndində anadan olub. Kəlbəcər, Laçın, Ağdam, Ağdərə uğrunda gedən ağır döyüşlərdə həm rabitəçi operator, həm də hərbi texnikanın zərərsizləşdirilməsi üzrə əməliyyatçı kimi iştirak edib.
11 fevral 1994-cü ildə Kəlbəcərin Yanşaq kəndi uğurunda gedən döyüşlərdə şəhid olub.
.jpeg)
.png)
.png)
.png)


.png)

