“Misli” Azərbaycan futboluna dəstəyini davam etdirir

İdman 16:15 02.08.2024

Azərbaycan Premyer Liqası daha bir mövsüm “Misli”nin sponsorluğu ilə keçiriləcək.

Peşəkar Futbol Liqası ilə Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azəlotereya” ASC-nin “Misli” brendi arasında titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb. Razılığa əsasən, 2024/2025-ci illər mövsümündə də “Misli” Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı “Misli Premyer Liqası” adlanacaq.

Tərəflər arasında müqavilə rəsmilərin iştirakı ilə keçirilən tədbirdə imzalanıb. İmzalanma mərasimində AFFA-nın prezidenti Rövşən Nəcəf, “Demirören Holding”in İdarə Heyətinin sədri Yıldırım Demirören, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, AFFA, PFL, “Azerlotereya” və futbol klublarının rəsmiləri iştirak ediblər.

Tədbirdə çıxış edən AFFA-nın prezidenti Rövşən Nəcəf ilk olaraq “Qarabağ”, “Sabah” və “Zirə” klublarının avrokuboklarda mərhələ keçmələri və Azərbaycan idmançılarının “Paris-2024” Yay Olimpiya Oyunlarında 2 qızıl medal qazanmaları münasibətilə təbriklərini çatdırıb.

AFFA-nın prezidenti “Misli” ilə əməkdaşlığın çempionatın daha da maraqlı keçməsi, rəqabətin artması və ən əsası azarkeşlərin stadionlara gəlməsinə kömək edəcəyini bildirib. O, digər şirkətləri və iş adamlarını da Azərbaycan futboluna dəstək olmağa çağırıb.

Mərasimdə çıxış edən “Demirören Holding”in İdarə Heyətinin sədri Yıldırım Demirören də anlaşmanın Azərbaycan futbolunun beynəlxalq arenada daha da uğurlu təmsil olunmasına töhfə verəcəyinə inamını ifadə edib. Əməkdaşlığın futbolun inkişafı üçün önəmli layihələrin həyata keçirilməsinə xidmət edəcəyini bildirib.

Daha sonra Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı idmanın ictimai həyatın hər sahəsindəki əhəmiyyətinə diqqət çəkərək idman klublarının dəstəklənməsi və idmanın bütün növlərinin inkişafı istiqamətində səylərin artırılmasının vacibliyi ilə bağlı fikirlərini bölüşüb və bu baxımdan “Demirören Holding”in iştirak etdiyi sponsorluq müqaviləsini son dərəcə dəyərli və mənalı hesab etdiyini vurğulayıb.

Sonda tərəflər müqaviləyə imza atıblar. Müqaviləni “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş və Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abasov imzalayıblar.

Misli Premyer Liqası bu gün start götürür.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik etdi
08:24 02.06.2025
Böyük Britaniya 12 nüvə sualtı qayıq inşa edəcək
05:29 02.06.2025
Hokkaydo adasında 6,1 bal gücündə zəlzələ baş verib
05:19 02.06.2025
Aqressiv beyin xərçənginin müalicəsində irəliləyiş əldə olunub
04:13 02.06.2025
Polşada prezident seçkilərində müxalifətin namizədi qalib gəldi
03:24 02.06.2025
Almaniyada xəstəxananı yandıran 72 yaşlı kişi saxlanılıb
20:57 01.06.2025
World Boxing-dən Məcburi Gender Testi Qərarı: İdmanda Yeni Mübahisə
13:07 31.05.2025
Simonyanın “300 min azərbaycanlı” açıqlaması Ermənistanda narahatlıq doğurub
13:01 31.05.2025
Bakı-Vaşinqton təmasları intensivləşir: ABŞ Azərbaycanın strateji rolunu tanıyır
12:55 31.05.2025
“Uitkoff planı” rədd edilsə, HƏMAS tamamilə məhv ediləcək"
11:47 31.05.2025
ABŞ Ukraynanı Rusiya ilə danışıqlarda iştiraka məcbur edə bilər
11:39 31.05.2025
"Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib "
10:50 31.05.2025
Senator Stiv Deyns Bakı-Yerevan sülh prosesinə ABŞ-ın dəstəyini bir daha ifadə etdi
10:21 31.05.2025
Azərbaycan və Dominikan Respublikası arasında diplomatik təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
10:17 31.05.2025
Ukrayna Türkiyədən hava hücumundan müdafiə sistemləri istədi
10:16 31.05.2025
"Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj gəlib
10:10 31.05.2025
Can Pyero Qasperini "Roma"da
09:48 31.05.2025
"Fənərbaxça" iki ulduz futbolçu ilə yollarını ayırdı
09:11 31.05.2025
Bazarda keyfiyyətsiz günəbaxan yağları: Bu markalara diqqət edin!
09:05 31.05.2025
Türkiyə və Gürcüstandan olan din xadimlərinin Şuşaya səfəri başlayıb
09:04 31.05.2025
İranda tələbələr qazdan zəhərləndi: Universitet yataqxanasında təhlükəli hadisə
08:12 31.05.2025
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
07:51 31.05.2025
Tramp Maskı qeyri-adi hədiyyə ilə yola saldı
07:47 31.05.2025
UEFA Çempionlar Liqasında final həyəcanı: PSJ "İnter"lə üz-üzə gəlir
07:33 31.05.2025
Alkoqol içəndə üzünüz qızarır? - Həkim təhlükə barədə xəbərdarlıq etdi
01:55 31.05.2025
Qədim mayalıların yeni sirri ortaya çıxdı
01:06 31.05.2025
Erməni Diasporunun Qaranlıq Tarixi: Yalanlar, Lobbiçilik və Azərbaycan Həqiqətləri
17:36 30.05.2025
"Qlobal Cənub QHT Platformasının yaranması fövqəladə hadisədir"
16:06 30.05.2025
Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması haqqında təklif qəbul olundu
13:42 30.05.2025
Nigeriyada 60-dan çox terrorçu zərərsizləşdirilib
13:05 30.05.2025
"Türkiyənin davamlı dəstəyinə ümid edirik"
12:57 30.05.2025
ABŞ Rusiya və Ukrayna arasında danışıqların ikinci raundunda iştirak etməyəcək
11:57 30.05.2025
"Xorvatiya ilə siyasi dialoqumuz əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaradır"
11:21 30.05.2025
Daxildə Birlik, Xaricdə Etibar – Azərbaycanın Müstəqillik Formulu Oğuz Mirzə yazır...
11:21 30.05.2025
Azərbaycan millisi finalın bir addımlığında Dünya çempionatında həyəcanlı yarımfinal
10:52 30.05.2025
Azərbaycan və Çin arasında vizasız rejimə dair saziş təsdiqləndi
10:40 30.05.2025
HƏMAS Uitkoffun atəşkəs planını qəbul etmədi
10:31 30.05.2025
" İran və ABŞ arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli istiqamətində razılıq əldə olunmayıb"
10:27 30.05.2025
"Əmək bazarında fundamental dəyişikliklər baş verir"
10:08 30.05.2025
Azərbaycan və Pakistan ədliyyə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
09:30 30.05.2025
Hamısı