Əfqanıstanda 6,3 bal gücündə zəlzələ baş verib.
Ednews xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Curm kəndindən 41 km cənubda olub. Sözügedən ərazidə təqribən 12 min sakin yaşayır.
Zəlzələ ocağı 188 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib.