Mətbuat işçiləri, Ukrayna lideri ayrılarkən, mineral resurslarla bağlı müqavilənin imzalanıb-imzalanmadığını soruşdular. Zelenski və Tramp cümə günü görüşlərinə başladıqdan sonra dəfələrlə qarşı-qarşıya gəldilər.
“EDnews” xəbər verir ki, Zelenski Trampı Rusiya ilə ehtiyatlı olmağa çağırdı, Tramp isə onu hörmətsizlikdə ittiham edərək, gərgin mübahisələrin açıq şəkildə ortaya çıxmasına səbəb oldu.
İki lider, ABŞ-ın Ukraynanın mədən sənayesinə qatılması ilə bağlı müqavilə imzalamaq məqsədilə Oval Ofisdə görüşdülər. Lakin Zelenski, Trampın Rusiyaya qarşı daha yumşaq yanaşmasını açıq şəkildə tənqid edərək ona meydan oxudu.
Zelenski, Trampın Ukrayna şəhərlərinin üç illik müharibədə dağılmasına dair açıqlamalarını rədd etdi. Tramp isə, Putin’in müqavilə bağlamaq istədiyini vurğuladı.
Fatimə Şükürova//EDnews