Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan məntəqəsi düşməndən tam təmizlənib Azərbaycan Müdafiə Nazirliyi

Münaqişələr 17:01 02.04.2016

Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub.

Bildirilib ki, bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib: “Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib”. Qeyd olunub ki, Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib: “Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır”. “Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb. Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbir diləyir. Müdafiə naziri döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyətini, hərbi təcrübəsini və döyüş ruhunu yüksək qiymətləndirib. Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaq” – deyə məlumatda bildirilib.

"APA"

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Erməni Diasporunun Qaranlıq Tarixi: Yalanlar, Lobbiçilik və Azərbaycan Həqiqətlərii
17:36 30.05.2025
"Qlobal Cənub QHT Platformasının yaranması fövqəladə hadisədir"
16:06 30.05.2025
Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması haqqında təklif qəbul olundu
13:42 30.05.2025
Nigeriyada 60-dan çox terrorçu zərərsizləşdirilib
13:05 30.05.2025
"Türkiyənin davamlı dəstəyinə ümid edirik"
12:57 30.05.2025
ABŞ Rusiya və Ukrayna arasında danışıqların ikinci raundunda iştirak etməyəcək
11:57 30.05.2025
"Xorvatiya ilə siyasi dialoqumuz əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaradır"
11:21 30.05.2025
Daxildə Birlik, Xaricdə Etibar – Azərbaycanın Müstəqillik Formulu Oğuz Mirzə yazır...
11:21 30.05.2025
Azərbaycan millisi finalın bir addımlığında Dünya çempionatında həyəcanlı yarımfinal
10:52 30.05.2025
Azərbaycan və Çin arasında vizasız rejimə dair saziş təsdiqləndi
10:40 30.05.2025
HƏMAS Uitkoffun atəşkəs planını qəbul etmədi
10:31 30.05.2025
" İran və ABŞ arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli istiqamətində razılıq əldə olunmayıb"
10:27 30.05.2025
"Əmək bazarında fundamental dəyişikliklər baş verir"
10:08 30.05.2025
Azərbaycan və Pakistan ədliyyə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
09:30 30.05.2025
Rusiya Zaporojyedə hava hücumları həyata keçirdi
09:15 30.05.2025
Pakistan-Əfqanıstan sərhədində qanlı toqquşma baş verib
08:58 30.05.2025
Azərbaycan Almaniya ilə yaşıl enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edir
08:56 30.05.2025
HƏMAS ABŞ-ın atəşkəs planını rədd etdi: "Əsas tələblərimiz yerinə yetirilmir"
08:32 30.05.2025
Di Mariya doğma klubuna qayıtdı
08:21 30.05.2025
Baydenin əvəzinə ABŞ-ni kim idarə edib? - Hökumət araşdırma aparır
08:03 30.05.2025
Antonio Konte “Napoli” ilə yollarını davam etdirir
08:03 30.05.2025
Ceki Çana və Ralph Macchioya qara kəmər verildi
07:27 30.05.2025
Putin Kim Çenə nə vəd edib? Moskva-Pxenyan hərbi ittifaqı yeni mərhələdə
07:14 30.05.2025
Ərəblər Bruno Fernandesə dörd dəfə artıq maaş təklif edirlər
07:07 30.05.2025
Kral ailəsinin üzvü kokainlə yaxalandı
06:59 30.05.2025
Yerin fırlanması yavaşlayır
05:45 30.05.2025
Hakerlər Ağ Ev Aparatının rəhbərinin şəxsi hesablarını ələ keçirib
05:43 30.05.2025
Pentaqon əməkdaşı məxfi məlumatları xaricə ötürməyə cəhd edərkən saxlanılıb
05:39 30.05.2025
Mirzə Ələkbər Sabirin doğum günüdür
00:01 30.05.2025
"Instagram" istifadəçiləri smartfonların həddindən artıq qızmasından şikayətlənirlər
16:05 29.05.2025
ABŞ-nin Suriyadakı səfirliyi işini bərpa etdi
15:50 29.05.2025
Tramp HİV pandemiyası ilə bağlı Avropa ölkələrini ittiham etdi
14:54 29.05.2025
"Amerikanın Səsi" radiostansiyasının bütün əməkdaşları işdən çıxarılacaq
14:06 29.05.2025
Azərbaycan iqtisadi mürəkkəblik üzrə artım tempinə görə lider olub
13:54 29.05.2025
Kəlbəcərdə minaya düşən hərbçimizin vəziyyəti açıqlandı
13:28 29.05.2025
Səudiyyə Ərəbistanında saxlanılan iranlı din xadimi azad edilib
13:05 29.05.2025
Britaniya kibermüharibəyə hazırlaşır? Süni intellekt və hakerlərə 1 milyard funt sterlinq ayrıldı
13:04 29.05.2025
Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb
13:02 29.05.2025
Azərbaycan və Səudiyyə Ərəbistanı işgüzar əlaqələri genişləndirəcək
12:29 29.05.2025
Yol polisi körpə uşaqla avtomobil idarə edən sürücülərə müraciət edib
12:27 29.05.2025
Hamısı