Xüsusi hərbi əməliyyat başlayandan Rusiya paytaxtına ən böyük PUA hücumu olub. EDnews xəbər verir ki, bundan əvvəlki kütləvi dron hücumu bu ilin sentyabrın 10-da baş verib. Belə ki, həmin gün Moskva regionuna Ukrayna tərəfi 20 PUA ilə hücum edib. Ümumilikdə isə sentyabrın 10-da Rusiya ərazisində 144 PUA vurulmuşdu.
Noyabrın 10-da isə Rusiya Ukraynanın 32 pilotsuz uçuş aparatlarının Moskva regionunun səmasında vurulduğunu açıqlayıb. Ukrayna dronları Rusiya paytaxtı istiqamətində uçarkən Moskva vilayətinin Ramenskoe, Kolomna və Domodedovo şəhərləri üzərində vurulub.