5 milyonluq siqaret qaçaqmalçılığı işi üzrə həbs edilən iş adamı Ruslan Eyyubovun qətimkan tədbiri dəyişdirilib.
EDnews xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Məlumata görə, ötən ilin ən böyük əməliyyatlarından biri hesab edilən 5 milyonluq siqaret qaçaqmalçılığı işi üzrə həbs edilən iş adamı Ruslan Eyyubov azadlığa buraxılıb.
Bildirilib ki, o, ev dustaqlığına buraxılıb.
Məhkəmə qətimkan tədbirini dəyişərkən Ruslan Eyyubovun səhhətində yaranmış problemləri nəzərə alıb.
Qeyd edək ki, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi olan Ruslan Eyyubov barəsində aparılan ibtidai istintaq başa çatıb.
Ona yekun ittiham elan edilib.
.jpeg)





.jpg)
