Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib.
EDnews xəbər verir ki, Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım yayımlanıb.
Paylaşımda Azərbaycanın regionda ilk dəfə olaraq Ümumdünya Ətraf Mühit Günü ilə bağlı qlobal tədbirə ev sahibliyi etməsinin mühüm hadisə olduğu qeyd edilib.
Bildirilib ki, bu, Azərbaycanın beynəlxalq səviyyədə ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmənin artırılması sahəsində fəal roluna verilən yüksək qiymətin göstəricisidir.
Paylaşımda həmçinin Azərbaycanın planetin qorunması naminə kollektiv səylərə verdiyi töhfə də vurğulanıb.
“Azərbaycanın regionda ilk dəfə olaraq Ümumdünya Ətraf Mühit Günü ilə bağlı qlobal tədbirə ev sahibliyi etməsi mühüm hadisədir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmənin artırılması sahəsində fəal roluna və planetimizi qorumaq naminə kollektiv səylərə verdiyi töhfəsinə yüksək qiymətin göstəricisidir”, – deyə paylaşımda bildirilib.
Azərbaycanın regionda ilk dəfə olaraq Ümumdünya Ətraf Mühit Günü ilə bağlı qlobal tədbirə ev sahibliyi etməsi mühüm hadisədir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmənin artırılması sahəsində fəal roluna və planetimizi qorumaq… pic.twitter.com/YMSmF4hcwd
— İlham Əliyev (@azpresident) June 5, 2026
.jpeg)





.jpg)
