"Sloveniya Rusiya qazından aslıdır. Məqsədimiz yeni enerji mənbələri tapmaqdır. Azərbaycanla bu sahədə əlaqələri daha da gücləndirə bilərik".
Ednews-un məlumatına görə, bu sözləri Sloveniya ətraf mühit, iqlim və energetika nazirinin müavini Tina Sersen Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
“Enerji siyasətindən danışanda bizi burada birləşdirən müştərək cəhətlər var. Hər iki ölkənin böyük potensialı var. Biz yaşıl enerji sahəsində təcrübə mübadiləsi edə bilərik”
O vurğulayıb ki, Sloveniya ölkəsi Azərbaycanın COP29-a sədrliyini yüksək təqdir edir: “Bu konfransda sizə dəstək olacağıq və öz töhfəmizi verəcəyik”.
Əkbər Novruz