Ukraynada müharibə nəticəsində həlak olan uşaqların sayı 700-ü keçib.
EDnews xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Onun sözlərinə görə, Rusiyanın genişmiqyaslı hücumunun başlanmasından bu günədək Ukraynada azı 707 uşaq həlak olub.
“Bu gün müharibə və zorakılıqdan əziyyət çəkən uşaqların xatirəsi yad edilir. Genişmiqyaslı işğalın başlanmasından bəri Rusiya azı 707 ukraynalı uşağı öldürüb. Hər ölüm gələcəyi əlindən alınmış bir uşaq deməkdir. Rusiya bu cinayətlərə görə məsuliyyət daşımalıdır”, - deyə Zelenski bildirib.
Ukraynanın “Children of War” platformasının məlumatına görə, 2022-ci il fevralın 24-dən 2026-cı il iyunun 4-dək 707 uşaq həlak olub, 2 548 uşaq isə yaralanıb. Daha 2 317 uşağın itkin düşdüyü bildirilir.






