Qəbələ rayonunun Uludaş kəndində tam orta ümumtəhsil məktəbi yanıb.
EDnews xəbər verir ki, “Qafqazinfo”ya istinadən yayılan məlumata görə, hadisə iyunun 21-i gecə saatlarında Qafur Şərifov adına Uludaş kənd məktəbində baş verib.
Yanğın zamanı binaya ciddi ziyan dəyib və məktəb tamamilə yararsız vəziyyətə düşüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri cəlb olunaraq alov söndürülüb.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Qeyd edək ki, hadisəyə dair görüntülər də sosial şəbəkələrdə və yerli media platformalarında paylaşılıb.






