Ermənistan Silahlı Qüvvələrinin hərbçisi təlim zamanı xəsarət alıb.
EDnews xəbər verir ki, Sputnik Ermənistanın məlumatına görə, hadisə Lori vilayətində yerləşən “Pambak” dağlıq təlim mərkəzində baş verib.
Ermənistan Müdafiə Nazirliyi bildirib ki, yaralanan hərbçi əməliyyat olunub və hazırda həkim nəzarətindədir. Onun həyatına təhlükə olmadığı qeyd edilib.
Nazirlik həmçinin hərbçinin sağlamlıq vəziyyəti və şəxsi məlumatların qanunvericiliyə uyğun olaraq açıqlanmadığını vurğulayıb.
Bununla belə, yerli media orqanları yaralının ayağını itirdiyini iddia edib.







