ABŞ-nin BMT-nin İqtisadi və Sosial Şurasındakı (ECOSOC) nümayəndəsi Dan Neqrea Rusiya-Ukrayna münaqişəsi ilə bağlı Moskvaya xəbərdarlıq edib.
EDnews xəbər verir ki, o, Rusiya tərəfinin dərhal sülh prosesinə razılaşmasının vacibliyini vurğulayıb.
“Rusiya dərhal sülhə razı olmalıdır, əks halda çox gec olacaq”, - deyə ABŞ rəsmisi bildirib.
BMT platformasında səsləndirilən bu açıqlama Rusiya-Ukrayna müharibəsi fonunda beynəlxalq diplomatik gərginliyin davam etdiyini göstərir.
Qeyd edək ki, son aylarda müxtəlif beynəlxalq tərəflər münaqişənin diplomatik yolla həllinə çağırışları artırıblar.








