ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Tehranın zərbələri nəticəsində amerikalı hərbçilər həlak olsaydılar, Vaşinqton İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa edə bilərdi.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
"Düzünü desəm, bu, kifayət qədər ciddi səbəb olardı. Əgər onlar bizim hərbçilərimizi öldürsəydilər, düşünürəm ki, mən bu qərarı çox tez verərdim", - deyə ABŞ lideri İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimalını şərh edərkən bildirib.








.png)