Şuşa şəhərinin ərazisində yerləşən abidələrin müvafiq razılıq olmadan başqa yerə köçürülməsi qadağan edilir.
EDnews xəbər verir ki, məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində yer alıb.
Layihəyə əsasən, Şuşa şəhərinin ərazisində yerləşən abidələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumla razılaşdırılmadan başqa yerə köçürülməsinə yol verilməyəcək.
Sənəddə həmçinin abidələrin toxunulmazlığını pozan və ya onlar üçün təhlükə yarada biləcək tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin, eləcə də abadlaşdırma tədbirlərinin aparılmasının qadağan edilməsi nəzərdə tutulur.






.jpg)
