Bu gün Qaradağ və Nərimanov rayonlarının bir sıra ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
EDnews xəbər verir ki, bu barədə aidiyyəti qurum məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 09:00-dan işlər başa çatanadək Qaradağ rayonunun Sahil və Ümid qəsəbələrinin qaz təchizatı dayandırılacaq.
Həmçinin saat 10:00-dan etibarən Nərimanov rayonunun Ziya Bünyadov və Azadlıq prospektlərində, eləcə də İbrahim Dadaşov, Mustafa Kamal Atatürk və Nəriman Nərimanov küçələrində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Qurum abonentlərdən yaranacaq müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edib.
10:27
Sumqayıt şəhərinin Ceyranbatan qəsəbəsinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
EDnews xəbər verir ki, bu barədə müvafiq qurum məlumat yayıb.
Bildirilib ki, qəsəbə ərazisində diametri 89 millimetr olan qaz xəttində aşkarlanmış sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.
Qeyd edilib ki, iyunun 23-də saat 11:30-dan etibarən başlayacaq işlər səbəbindən 1200 abonentin qaz təchizatında fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra abonentlərin qazla təminatının mərhələli şəkildə bərpa olunacağı bildirilib.








