Bu gün Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunur.
EDnews xəbər verir ki, hər il iyunun 23-ü ölkəmizdə dövlət idarəçiliyinin inkişafında, vətəndaşlara xidmətin təşkili və dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayan dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilir.
Dövlət qulluqçuları öz fəaliyyətləri ilə dövlətçiliyin möhkəmləndirilməsinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və cəmiyyətin rifahının yüksəldilməsinə töhfə verirlər.
Peşəkarlıq, şəffaflıq, məsuliyyət və vətəndaş məmnuniyyəti dövlət qulluğunun əsas prinsiplərini təşkil edir.








