Azərbaycan və Özbəkistan prokurorluqları arasında memorandum imzalanıb

Azərbaycan və Özbəkistan prokurorluqları arasında memorandum imzalanıb

Baş Prokurorluğun nümayəndə heyətinin qardaş Özbəkistana səfəri çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Özbəkistan Respublikası Baş Prokurorluğunun Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bu barədə Ednews-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, prokurorluq orqanlarının mövcud beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində yeni əlaqələrin qurulması hər zaman diqqət mərkəzində saxlanılır.

Baş Prokurorluğun müxtəlif struktur qurumlarını təmsil edən nümayəndə heyətlərinin tərəfdaş ölkələrin prokurorluq və digər hüquq mühafizə orqanlarının fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə xarici ölkələrə səfərləri müsbət iş təcrübəsinin mənimsənilməsi, peşə vərdişlərinin daha da inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Cari ilin 1 noyabr tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Özbəkistan Respublikasının Baş Prokurorluğu arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində bir qrup prokurorluq əməkdaşı Özbəkistanın Daşkənd şəhərinə səfər edib.

Səfərdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov, həmin Mərkəzin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Əmir Ocaqverdiyev, Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru İlkin Abdullayev, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Teymur Aşurov və Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Yaqut Əliyevadan ibarət nümayəndə heyəti təmsil edib.

​Səfər çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Özbəkistan Respublikası Baş Prokurorluğunun Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandum hər iki qurum arasında geniş imkanlar açmaqla, birgə təlim proqramlarının hazırlanması və həyata keçirilməsində qarşılıqlı maraq kəsb edən əməkdaşlığı, hüquq elminin və təcrübəsinin aktual məsələləri üzrə qarşılıqlı məsləhətləşmələrin aparılmasını, dövlətlərimizin prokurorluq orqanlarının fəaliyyətinin aktual problemləri, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, habelə cinayətkarlığa qarşı mübarizə üzrə birgə elmi araşdırmaların təşkili və aparılması üçün tərəfdaşlıq tədbirlərini nəzərdə tutur.

​İmzalanma mərasimində iştirak edən Özbəkistan Respublikası Baş prokurorunun müavini Svetlana Artıkova nümayəndə heyətimizi salamlayaraq qurumlarımız arasında olan əməkdaşlığın surətlə inkişaf etdiyini, habelə hüquqi sahədə əməkdaşlığın geniş perspektivlərə malik olduğunu vurğulayaraq, imzalanmış Memorandumun ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirib.

Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını ifadə edərək, tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, qurumlarımız arasında olan sıx münasibətlərin təzahürü olaraq intensiv qarşılıqlı səfərlərin gerçəkləşdiyini bildirmiş, Özbəkistan Respublikası Baş Prokurorluğunun Akademiyası ilə həyata keçiriləcək birgə işlərə dair təkliflərini təqdim etmişdir.

​Daha sonra nümayəndə heyəti “Cinayət mühakiməsi sahəsində səmərəli transsərhəd əməkdaşlığı üçün potensialın gücləndirilməsi” mövzusunda dəyirmi masada iştirak edərək transsərhəd əməkdaşlığının gücləndirilməsi, bu sahədə ölkədə mövcud olan nailiyyətlər və çağırışlar, institusional və qanunvericilik bazasının təkmilləşdirilməsi kimi məsələləri əhatə edən təqdimatlar keçirmiş, həmkarları ilə səmərəli fikir mübadiləsi aparmışlar.

Tədbir çərçivəsində nümayəndə heyəti Özbəkistan Respublikası Baş Prokurorluğu Akademiyasının, eləcə də Səmərqənd vilayət prokurorluğunun fəaliyyəti ilə yaxından tanış olmuş, dünya şöhrətli tarixi-mədəni abidələri ziyarət etmişlər.

Xəbər xətti

Azov dənizində yaralanan azərbaycanlıların sayı AÇIQLANDI
22:39
"Neftçi"yə ağır itki: Qəfil vəfat etdi
22:27
Azərbaycan Maltaya qarşı - Canlı
22:11
Lamin Yamal İspaniya çempionatının ən yaxşı futbolçusu seçildi
21:45
Xameneinin müşaviri ABŞ-yə şərt qoydu: 24 milyard dollar azad edilməlidir
21:25
Putin Rusiyanın İrana silah vermədiyini bildirib
21:10
Möhsün Rzayi Xameneinin Trampla görüşməyəcəyini bildirib
20:55
Gəmiyə hücum zamanı yaralanan azərbaycanlıların sayı 4-ə çatıb
20:45
MEDİA Azərbaycan ərazisinin İsrail-İran müharibəsində istifadə olunması ilə bağlı iddiaları təkzib edib
20:30
Putin: Rusiya və Ukrayna öz aralarında əsas məsələləri həll etməlidir
19:39
Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib
19:27
Monqolustan Prezidenti Azərbaycan liderini təbrik etdi
18:55
Milli Məclisi CNN-i iddiaları ilə bağlı BƏYANAT YAYDI
18:53
Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib - FOTOLAR
18:45
5 ayda sərnişin daşınmasını 16 % artırıb - ADY
18:35
Regionlara yeni ambulans və reanimobilləri təhvil verilib
18:26
Xalq Ermənistanı, yoxsa Paşinyanı xilas edəcək? - ŞƏRH
18:14
Vinçentso İtalyano “Beşiktaş”la müqavilə üçün İstanbula gəlib
18:00
"Hər şeyin alternativi var, sülhün alternativi yoxdur”
17:50
Amerikalı jurnalist Çin hökumətinin agenti kimi işlədiyini qəbul etdi
17:40
Akademik Akif Əlizadə direktor vəzifəsindən çıxarılıb
17:28
İş yerindən 6 ton metal avadanlıq oğurlayan şəxs saxlanılıb
17:18
Əsassız ittihamlar, "quru böhtanlar" CNN prinsipləri belə "çeynədi"...
17:04
Koçaryanın gizli planı ifşa olundu: Əsgərlərini belə qurban verib
17:01
Enerji böhranı qlobal ərzaq inflyasiyasını artıra bilər
16:45
Ölkəyə avtomobil idxalı azaldı: Qiymətlər bahalaşacaq?
16:30
BMT-dən Xəzərlə bağlı həyəcan təbili: Sahil xətti geri çəkilir
16:23
Bakıda yağış yağacaq, şimşək çaxacaq
16:15
Rusiya Əfqanıstana dizel və taxıl tədarük edəcək
16:07
BAMF Əşrəf Veysəllinin vəfatı ilə bağlı BAŞSAĞLIĞI VERDİ
15:58
Bəs Tramp-Xamenei görüşü real görünürmü? - RƏY
15:55
Mehriban Əliyeva sosial mediada minifutbol yığmamız ilə bağlı paylaşım edib edib
15:51
Rusiya və Ukrayna arasında mübadilə həyata keçirilib
15:49
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib
15:40
Prezident Azərbaycan Minifutbol Federasiyası ilə bağlı sərəncam imzaladı
15:30
Müctəba Xamenei 2 mindən çox məhbusu əfv edib
15:20
Rusiya XİN Azərbaycana başsağlığı verib
15:11
“Milli maraqlarımızdan geri çəkilməyəcəyik” - Yunanıstandan SƏRT MESAJ
14:59
İsraildə Netanyahuya qarşı NARAZILIQ artır
14:53
Nazirliyə qəbul: kimlər imtahansız müsahibəyə buraxılacaq?
14:45
Zelenski Putinə görüş və atəşkəs təklif etdi
14:36
Azərbaycan CNN-in iddialarını qətiyyətlə rədd etdi
14:29
Albaniyada Trampın kürəkəni ilə bağlı layihəyə etirazlar artır | VİDEO
14:20
Ruslan Eyyubov həbsdən azad edildi
14:15
Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edib
14:05
Müəllimini güllələyən şagirdin valideynləri GÖRÜN NƏLƏR DANIŞDI
13:50
Azərbaycanlıların olduğu gəmilərin vuruluması ilə bağlı RƏSMİ MƏLUMAT
13:38
Qlobal dəyər böhranı və gələcəyin geosiyasi gücü – milli kimlik
13:23
TƏCİLİ! Azərbaycanlıların olduğu gəmilər necə vurulub? - DETALLAR
13:17
Zelenskinin Putinə məktubunda nələr yazılıb? - DETALLAR
13:05
Bakıdan Varşavaya uzanan elm və tərcümə körpüsü
13:03
Geologiya İnstitutuna yeni direktor təyin olundu - FOTO
12:50
Sabahın havası açıqlandı
12:47
MM-də yeni təklif ilk oxunuşda qəbul olundu
12:32
Bu diplomatların varislərinə müavinət ödəniləcək
12:15
SON DƏQİQƏ! Dubay şahzadəsinin azərbaycanlı arvadı saxlanıldı
11:40
Prezident İlham Əliyevdən Ümumdünya Ətraf Mühit Günü iştirakçılarına müraciət
11:30
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
11:26
Azərbaycan XİN Danimarkanı təbrik etdi
11:22
Bu ərazidə 1500-dən çox abonentin qazı kəsiləcək
10:55
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR