İsveçrənin Bürgenstok şəhərində keçirilən dördtərəfli məsləhətləşmələr nəticəsində dörd işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.
EDnews xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi məlumat verib.
Onun sözlərinə görə, yaradılacaq işçi qrupları sanksiyaların aradan qaldırılması, nüvə probleminin həlli, yenidənqurma və iqtisadi inkişaf, eləcə də monitorinq məsələləri ilə məşğul olacaq.
Qəribabadi bildirib ki, yeni mexanizm tərəflər arasında dialoqun davam etdirilməsi və mövcud problemlərin mərhələli şəkildə həllinə xidmət edəcək.
Qeyd edək ki, Bürgenstokda keçirilən məsləhətləşmələr İranın nüvə proqramı və regional məsələlər ətrafında diplomatik səylərin tərkib hissəsi kimi qiymətləndirilir.








