İki Almaniya vətəndaşı saxta sənədlərlə Polşadan Rusiyaya keçməyə cəhd edərkən saxlanılıb.
EDnews xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizə Xidməti sosial şəbəkə platforması X-də məlumat yayıb.
Məlumata görə, iyunun 19-da Bezledı-Baqrationovsk sərhəd-keçid məntəqəsində 35 yaşlı qadın saxlanılıb. Bildirilib ki, qadın sürücülük vəsiqəsini internet üzərindən 1500 avroya əldə edib.
Bir gün sonra isə Qjexotki-Mamonovo sərhəd-keçid məntəqəsində 38 yaşlı kişi saxlanılıb. Onun üzərində saxta İtaliya sürücülük vəsiqəsi aşkarlanıb.
Polşa sərhədçiləri faktlarla bağlı araşdırmalara başlayıb. Son illərdə Avropa İttifaqının xarici sərhədlərində saxta sənədlərdən istifadə halları ilə bağlı nəzarət tədbirlərinin gücləndirildiyi bildirilir.








