Omanın xarici işlər naziri Bədr əl-Busaidi İran parlamentinin sədri Məhəmmədbağır Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
EDnews xəbər verir ki, görüş zamanı tərəflər İran-Oman münasibətlərinin inkişaf perspektivlərini və regionda baş verən son hadisələri müzakirə ediblər.
Müzakirələrdə Hörmüz boğazında təhlükəsizliyin təmin olunması və beynəlxalq gəmiçiliyin fasiləsiz fəaliyyətinin qorunması əsas mövzulardan biri olub.
Görüşdə İranın xarici işlər naziri Abbas Əraqçı da iştirak edib. Tərəflər regional sabitliyin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji tədarükü baxımından strateji əhəmiyyət daşıyan əsas dəniz marşrutlarından biri hesab olunur.








