Bərdə rayonunda su kanalından meyit tapılıb.
EDnews xəbər verir ki, hadisə rayonun Qarağacı kəndi ərazisindən keçən Yuxarı Qarabağ su kanalında qeydə alınıb.
Məlumata görə, kanalda Yevlax rayon sakini, 2000-ci il təvəllüdlü Mahir Nadirovun meyiti aşkarlanıb.
Bildirilib ki, meyitin üzərində ilkin baxış zamanı zorakılıq əlamətləri müşahidə olunmayıb.
Faktla bağlı araşdırma aparılır.






