İranın xarici işlər naziri Abbas Əraqçı Ermənistanın Baş naziri Nikol Paşinyanı və onun rəhbərlik etdiyi partiyanı parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
EDnews xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı bu barədə “X” hesabında paylaşım edib.
Əraqçı Ermənistanda parlament seçkilərinin uğurla keçirildiyini bildirib və Baş nazir Nikol Paşinyanı, eləcə də onun rəhbərlik etdiyi partiyanı qələbə münasibətilə təbrik edib.
“Ermənistanda parlament seçkilərinin uğurla keçirilməsi, Baş nazir Paşinyanın və onun rəhbərlik etdiyi partiyanın qələbəsi münasibətilə təbrik edirəm”, – deyə İran XİN rəhbəri qeyd edib.
O, İran və Ermənistan arasında münasibətlərin dinamik inkişafının gücləndirilməsi naminə konstruktiv əməkdaşlığın davam etdirilməsi üçün müsbət imkanın yaranmasından məmnunluğunu ifadə edib.
Əraqçı bildirib ki, Tehran İrəvanla əməkdaşlığın davam etdirilməsində maraqlıdır.


.png)
.png)



