Ermənistanda keçirilmiş parlament seçkilərinin yekun nəticələrinin 14 iyunda elan olunacağı bildirilib.
EDnews xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının rəhbəri Vahaqn Ovakimyan məlumat verib.
O bildirib ki, hazırda nəticələrin yenidən sayılması və düzəliş prosesi davam edir.
MSK rəhbərinin sözlərinə görə, bu proses cümə gününə qədər aparılacaq.
“Nəticələrin yenidən sayılmasını və düzəliş edilməsini cümə gününə qədər davam etdirəcəyik. Bundan sonra şikayətlər və ərizələr qiymətləndiriləcək. Yekun nəticələr 14 iyunda elan ediləcək”, – deyə Ovakimyan qeyd edib.







