ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında danışıqlar üçün Qüds Patriarxı III Teofilosu mümkün vasitəçi kimi nəzərdən keçirdiyi bildirilir.
EDnews xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında danışıqlar üçün gözlənilməz vasitəçi kimi Qüds Patriarxı III Teofilosun namizədliyini nəzərdən keçirir.
Bildirilir ki, Tramp və patriarx ötən həftə Ağ Evdə görüşüblər.
Görüş zamanı tərəflər digər məsələlərlə yanaşı, Qüds Kilsəsi rəhbərinin Moskva ilə Kiyev arasında rabitə kanalının yaradılmasında mümkün iştirakını da müzakirə ediblər.
Məlumata görə, III Teofilos pravoslav dünyasındakı nüfuzuna, eləcə də əvvəlki diplomatik və humanitar missiyalardakı təcrübəsinə görə hər iki tərəfin etimad göstərə biləcəyi şəxs kimi qiymətləndirilir.
Nəşr qeyd edir ki, Qüds Patriarxının iyunun sonunda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.
Müşahidəçilər hesab edirlər ki, bu təşəbbüs Moskva və Kiyev arasında yeni qeyri-rəsmi diplomatik kanalın yaradılması cəhdi kimi qiymətləndirilə bilər.




.png)
.png)
.png)
.png)