Sabah Bakının Sabunçu rayonunun Maştağa və Savalan qəsəbələrində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
EDnews-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, iyunun 9-da Sabunçu rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə olacaq.
Bildirilib ki, fasilə təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.
Məlumata əsasən, saat 09:30-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Maştağa və Savalan qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

.png)
.png)



.jpeg)
.jpg)