Ermənistanın keçmiş prezidenti Robert Koçaryan seçkilərin nəticələrinə etiraz edəcəklərini açıqlayıb.
EDnews xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan seçkilərin nəticələri ilə bağlı açıqlama yayıb.
Koçaryan “Ermənistan” blokuna səs verən seçicilərə təşəkkür edib.
“Əziz həmvətənlərim, Ermənistan blokuna verilən hər bir etimad səsinə görə sizə təşəkkür edirəm”, – deyə o bildirib.
Keçmiş prezident seçkilərin hakimiyyətin təzyiqləri şəraitində keçirildiyini iddia edib.
Onun sözlərinə görə, proses müxalifət üzvlərinin həbsləri, inzibati resurslardan istifadə və qanun pozuntuları fonunda baş tutub.
“Bu seçkilər hakimiyyətin total təzyiqi, müxalifət üzvlərinin həbsləri, görünməmiş inzibati resurslardan istifadə və qanun pozuntuları şəraitində baş tutdu. Seçki nəticələrinə etiraz edəcəyik”, – deyə Koçaryan qeyd edib.
O əlavə edib ki, hazırda müxalifət tərəfdaşları ilə növbəti addımlar müzakirə olunur.







