Rusiya yanacaq çatışmazlığı səbəbindən iyun ayında qərb dəniz limanları vasitəsilə neft ixracını ciddi şəkildə azaltmağı planlaşdırır.
EDnews “Reuters”a istinadən xəbər verir ki, Rusiya iyun ayında qərb dəniz limanları vasitəsilə neft ixracını təxminən üçdə bir azaltmağı planlaşdırır.
Agentliyin məlumatına görə, daşınmalar gündəlik 2,5 milyon bareldən 1,7 milyon barelə qədər azala bilər.
Bu azalmanın əlavə xam neftin emal üçün daxili bazara yönləndirilməsi zərurəti ilə bağlı olduğu bildirilir.
Məlumata əsasən, neft emalı zavodlarına dəyən ziyan ölkədə yanacaq istehsalında çətinliklər yaradıb.
Bir neçə bölgənin artıq ciddi yanacaq çatışmazlığı ilə üzləşdiyi qeyd olunur.
Hazırkı vəziyyətdə Rusiya hakimiyyəti yay mövsümündə tələbatın artdığı dövrdə daha böyük yanacaq böhranının qarşısını almaq üçün benzin və dizel istehsalını təcili şəkildə artırmağa çalışır.






.png)
.png)