Özbəkistandan olan cüdoçu Diyora Keldiyorova Parisdə keçirilən 2024-cü il Olimpiya Oyunlarında dünən 52 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, o, Özbəkistandan cüdo üzrə ilk Olimpiya çempionu, eləcə də Yay Olimpiya Oyunlarında qızıl medala layiq görülən ilk özbək idmançısı olub.