Teymur Rəcəbov səhhətində yaranan problemə görə şahmat üzrə Azərbaycan çempionatında mübarizəni davam etdirməyəcək.
"EDnyus" Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, bununla bağlı o, yarışın baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb.
37 yaşlı qrossmeyster sağlamlığında yaranan problemlə bağlı çempionatda 3-cü yer uğrunda oyunlarda mübarizə apara bilməyəcəyini və bunun üzrlü hesab edilməsini bildirib.