Prezident seçkiləri ərəfəsində Rusiyanın cənubu bombardman və silahlı hücumlarla üzləşir.
Ednews Le Monde-yə istinadən bildirirki, Kursk və Belqorod vilayətləri ukraynalı döyüşçülərin hücumu altındadır. Lakin yerdəki vəziyyətlə bağlı dəqiq təfərrüatları əldə etmək çətin olaraq qalır. Vladimir Putinin 13 mart tarixində sözlərinə görə, son günlər Rusiyanın cənub vilayətlərinə qarşı həyata keçirilən hücumların məqsədi bəllidir: Rusiya prezidentinin bəyanatında izah etdiyi kimi, martın 15-dən 17-dək ölkədə keçiriləcək “prezident seçkilərini pozmaq”. 330,000 əhalisi olan Belqorod şəhəri həftənin əvvəlindən bəri ən güclü atəşə tutuldu. İki ayrı insidentdə avtomobillə səyahət edən iki mülki şəxs həlak olub, ən azı onlarla nəfər yaralanıb, bir neçə mülki binaya da ziyan dəyib. Ötən gün FSB-nin regional qərargahı, təhlükəsizlik xidmətləri pilotsuz təyyarə ilə vurulmuşdu.
Nahid