Yunanıstanda İnkişaf Nazirliyinin əməkdaşları nazirliyə məxsus binanın üzərinə Fələstin bayrağı olan nəhəng reklam lövhəsi asıblar.
Ednews cumhuriyyet.com-a istinadən xəbər verir ki, nazirlik işçiləri həmkarlar ittifaqının çağırışı ilə Fələstinə dəstək məqsədilə keçirilən aksiyada Afinadakı Kaningos Meydanında nazirlik binasının önünə nəhəng bir reklam lövhəsi asılıb.
Bilbordda Fələstin bayrağı ilə yanaşı, "Qırğını dayandırın. Fələstinə azadlıq" yazısı da var idi.
Birlikdən edilən yazılı açıqlamada, "İsrail dövlətinin törətdiyi soyqırımı pisləyən mesaj vermək üçün çalışdığımız binaya bu reklam lövhəsini asdıq".
Bəyanatda Yunanıstan hökumətinin İsrailə dəstəyinin dayandırılması tələb edilib.
Xəyal