Gürcüstanda parlament seçkilərindən sonra toqquşmalar və iğtişaşlar “demək olar ki, qaçılmazdır”, çünki həm hökumət, həm də müxalifət qələbə gözləyir.
EDnews xəbər verir ki, bu sözlər Britaniyanın “Financial Times” nəşrindən götürülüb. Gürcüstandakı seçkidən əvvəlki şəraiti analiz edən məqalədə tərəflərin vədləri, siyasi portretləri və seçkidən sonrakı dövr haqqında danışılıb.
“Həm hökumət, həm də müxalifət alyansı qalibiyyət yolunda olduqlarını bildirirlər, bu da toqquşmaları qaçılmaz edir”, - məlumatda bildirilib.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. Əsas müxalifət partiyaları prezidentin təklif etdiyi xartiyanı imzalayıblar. Sənəddə nəzərdə tutulur ki, əgər xartiya "Gürcü Arzusu"ndan çox səs toplasa, "müvəqqəti hökumət" yaradacaq. Bu müvəqqəti hökümət isə “ədalətli seçki mühiti” yaradılana qədər hakimiyyətdə qalacaq.