Gürcüstan Prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticəsinin saxtalaşdırıldığına dair açıqlamalarından sonra prokurorluğa dəvət olunub.
EDnews xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Prezidentin oktyabrın 31-də dindirilmə üçün prokurorluğa gedəcəyi bildirilir. Zurabişvilidən seçkilərin saxtalaşdırılması deyəndə nəyi nəzərdə tutduğunu izah etməsi tələb olunur.
Xatırladaq ki, parlament seçkilərinin nəticələri elan olunandan dərhal sonra ölkə prezidenti seçkilərin saxtalaşdırıldığını iddia edib xalqı etirazlara dəvət etmişdi..