ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, rəqibi Kamala Harris noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gəlsə, ABŞ-la Rusiya və ya Çin arasında danışıqların öhdəsindən gələ bilməyəcək.
EDnews xarici mətbuata istinadən xəbər verir ki, Tramp bunu Viskonsin ştatının Milvaki şəhərində tərəfdarları qarşısında çıxış edərkən deyib.
“Kamala Harrisin Rusiya və ya Çinlə nüvə müharibəsi barədə danışmağına etibar edərdinizmi? Düşünmürəm. Bizi iqtisadi böhrandan çıxaracağına inanardınızmı? Düşünmürəm. Olduqca zəif və səriştəsiz, son dərəcə aşağı intellektə malik olan birinə böyük güc etibar etməkdən təhlükəli heç nə yoxdur", - deyə o bildirib.