"Orada yaşayan tatarların sayı çox olsaydı…" Krımın ilhaqının 4 illiyi

"Orada yaşayan tatarların sayı çox olsaydı…" <span class="text-danger">Krımın ilhaqının 4 illiyi</span>

Fevral ayında Rusiyanın Krımı ilhaq etməsindən 4 il keçir. Rusiya Krımı ilhaq etməsini 3 “faktorla” izah etmişdi.

Bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin sözügedən hadisələrin 4 illiyi münasibətilə hazırladığı xüsusi yazıda əksini tapıb.

Qeyd olunur ki, birincisi, Rusiya hakimiyyəti Ukrayna Prezidenti Viktor Yanukoviçin hakimiyyətdən qanunsuz uzaqlaşdırıldığını və əksinə yeni qurulan hakimiyyətin qeyri-qanuni olduğunu iddia edirdi.

İkincisi, Kreml Ukraynanın yeni qurulan hakimiyyətinin millətçilərdən formalaşdığını iddia edərək Krımda guya etnik təmizləmə həyata keçirəcəyini proqnozlaşdırırdı.

Üçüncüsü, guya Krım ilhaq olunmasaydı NATO yarımadada hərbi baza yaradacaq və bu, Rusiyanın təhlükəsizliyinə ciddi təhdid olacaqdı:

“Kreml bu 3 bəhanəni əlində rəhbəri tutaraq Krımı ilhaq etdi və mart ayında orada qeyri-qanuni referendum keçirərək yarımadanı Rusiyaya birləşdirdi. Halbuki, Rusiya Krımı ilhaq etmədən də Ukrayna hakimiyyətindən ada sakinlərinin təhlükəsizliyinin və yarımadada NATO-nun hərbi bazasının yaradılmamasının təminatını ala bilərdi. Kreml bunun əvəzinə radikal yol seçdi və qardaş ölkəni özünə düşmən etdi. Ukraynada bundan sonra da hakimiyyətə kim gəlirsə-gəlsin Krımın ilhaqı ilə barışmayacaq. Krımın ilhaqı iki ölkə arasındakı münasibətlərin normallaşmasına imkan verməyəcək”.

Bildirilir ki, Krımın ilhaqında Ukraynanın keçmiş hakimiyyətlərinin də səhvləri olub:

“Krımda yaşayan tatarların sayı çox olsaydı Rusiya yarımadanı asanlıqla ilhaq edə bilməzdi. Ancaq Ukraynada bir-bir dəyişən hakimiyyətlər Krıma daha çox tatarın köçməsinə dəstək vermədilər. Tatarlar Krıma köçdükdən sonra da sənədləşmə məsələlərində problemlər yaşayırdılar. Ukraynadakı hakimiyyətlər elə bilirdilər ki, Krımda tatarların sayı çox olsa separatizm arta bilər. Ancaq bunun tam əksi baş verdi.

Krım Ukraynaya məxsusdur və dünya dövlətləri də Krımı məhz Ukrayna ərazisi kimi tanıyır. Rusiya hakimiyyəti çox çalışdı ki, 4 ildə dünya ölkələrinə Krımı Rusiya ərazisi kimi tanıtdırsın. Ancaq bu alınmadı. Tam əksinə Krımın ilhaqına görə Avropa İttifaqı ölkələri və ABŞ Rusiyaya sanksiyalar tətbiq etdilər və bu sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir etdi.

Krım beynəlxalq aləm üçün qırmızı xəttdir və Rusiya bu xətti keçdi. Krımın ilhaqı beynəlxalq düzənə zərbə vurdu. Beynəlxalq aləm bu hadisəyə seyrçi qala bilməzdi. Rusiya Ukraynada hakimiyyətin dəyişməsi zamanı daxili qarşıdurmalardan istifadə edərək qardaş adlandırdığı dövlətə iki böyük problem yaratdı: Krım və Donbası ilhaq etdi, qonşu dövlətin ərazi bütövlüyü prinsipi pozuldu. Rusiya bundan bir neçə il əvvəl eyni ssenarini Gürcüstanda həyata keçirmiş, Abxaziya və Cənubi Osetiyanı ilhaq etmişdi”.

Yazıda daha sonra “Krımda hazırda vəziyyət necədir” sualına cavab axtarılır. Qeyd olunur ki, Krımda mövcud siyasi sistemi tənqid edən etnik ukraynalıların və tatarların təqibləri davam edir, yarımadada mütəmadi həbslər həyata keçirilir:

“Bu haqda BMT qətnamələri də var. Qətnamələrdə Rusiya Krımdakı təqiblərə son qoymağa çağrılır. Rusiya Krımı Qara dənizdəki əsas hərbi bazasına çevirir və bununla yarımada hərbiləşdirilir.

Azərbaycan Rusiya ilə normal qonşuluq münasibətlərinə baxmayaraq, Krımı Ukrayna ərazisi sayır. Azərbaycan vətəndaşları Krıma Rusiya ərazisindən keçərək getmirlər. Azərbaycanda Krımın Rusiya ərazisi kimi təqdim olunması da qadağandır”.  

Xəbər xətti

Azər Allahverənov: “Dünya buna öyrəşib" - MÜSAHİBƏ -VİDEO
21:00
DİQQƏT! Bu evlərin kompensasiyası ARTIRILA BİLƏR
20:30
“Qapı pulu” qanunidirmi?
20:20
Məhərrəm ayı sahibkarlara necə təsir edəcək?
20:00
Xamenei bombalanan zaman Əraqçi də orada olubmuş
19:44
Ceyhun Bayramov ilə Abbas Əraqçi arasında telefon danışığı baş tutub
19:28
Rusiyanın Ermənistan qərarı: Fermerlərə FÜRSƏT
19:13
Ukraynada dəhşətli statistika: müharibədə 707 UŞAQ həlak olub
18:45
Füzulidə satılmağa aparılan 120 kiloqram yararsız ət aşkarlanıb
18:30
Paşinyanın Qərb kursu Rusiyanı narahat edir: Ermənistanı çətin seçim gözləyir
18:15
Mülkiyyət hüququ Böyük Qayıdışın sürətini artıracaq – Politoloq
18:00
Binəqədidə köməksiz qalan insanlarla bağlı MƏLUMAT
17:56
Küveytin Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:51
BP-Azərbaycan “Şahdəniz” yatağında illik hasilatı açıqladı
17:38
Ölkə üzrə 300 mindən çox şagird monitorinqə cəlb olunacaq
17:29
Broyler toyuqları ölümə səbəb olur? - AÇIQLANDI
17:21
TƏCİLİ! Keşlədəki yanğınla bağlı SON DƏQİQƏ MƏLUMATI
17:15
Azərbaycan Ermənistana yanacaq tədarükünü davam etdirir
17:08
Leyla Əliyeva və Arzu Əliyeva Uşaqlar Günündə internat məktəbində olublar
16:50
Bakının mərkəzində YARIM MİLYON MANATA 1 SOT TORPAQ
16:40
Dünyanın diqqəti Ankarada: NATO Sammitindən gözləntilər - ŞƏRH
16:30
Bakı Enerji Forumu Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
16:15
Müctəba Xameneidən xalqa çağırış: “Birlik və həmrəylik qorunmalıdır”
16:00
Hörmüzdə düyün nöqtəsi: BOĞAZ AÇILIR?
15:53
Abituriyentlər bu il xarici, yoxsa yerli universitetləri seçəcəklər? – ARAŞDIRMA
15:43
Xameneinin dəfn mərasimi ilə bağlı yayılan məlumatlar təkzib edilib
15:24
ABŞ-nin neft ehtiyatları son 20 ilin ən aşağı səviyyəsinə düşüb
15:10
Trampın İran qərarı: “Amerika əsgərləri ölməsə, müharibə...”
14:50
ABŞ-dən Çinlə bağlı ciddi xəbərdarlıq
14:35
Avropa ölkələri Aİ-yə rusiya ilə bağlı çağırış etdi
14:25
Kriştianu Ronaldunun transfer dəyəri 10 milyon avroya qədər düşüb
14:10
Bakı-Ağstafa-Bakı marşrutu üzrə yayda əlavə reyslər təşkil olunacaq
14:00
Yeni salınan yollar tıxac problemini necə həll edir?
13:50
Ermənistanda seçkilər: QALİB KİM OLACAQ?
13:45
Ən əsəbi qadınlar bu ölkədə yaşayır
13:36
Autizmli şəxslər niyə iş tapa bilmirlər?
13:26
Ən yaşlı Azərbaycanlı vəfat edib - FOTO
13:05
Qaz, bazarlar və miqrantlar: Ermənistanın Aİİ-dən uzaqlaşması nələrə səbəb olacaq?
12:50
İranda qızların siqaret aludəçiliyi sürətlə artır
12:45
Ət bazarında dəyişiklik olacaq - Nazir müavini
12:25
“İki masada əyləşmək olmaz!”: Paşinyana Moskvadan seçki mesajı
12:09
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri regionun simasını dəyişir - Umud Mirzəyev
11:52
Somalidə hökumət qüvvələri ilə müxalifət arasında atışma olub
11:33
ABŞ–İran gərginliyi neft qiymətlərinə necə təsir edəcək?
11:21
Simonyan və Paşinyan niyə BAKIYA GƏLMƏK İSTƏYİR?
11:09
Dövlət informasiya resurslarına kiberhücumların qarşısı alınıb
11:00
Son 10 ildə Azərbaycanda kənd təsərrüfatı 37,8 faiz böyüyüb
10:50
Razi Nurullayev: “Elə məsələlər var ki, deputat onu həll edə bilmir” - MÜSAHİBƏ - VİDEO
10:34
Bakıda yeni körpü tikilir
10:21
Əlilliyi olan şəxslər üçün YENİ QAYDALAR TƏSDİQLƏNİB
10:14
Sumqayıtda 32 yaşlı kişi qətlə yetirildi
09:58
Livan və İsrail atəşkəs barədə razılığa gəldilər
09:46
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
09:38
Rubio: ABŞ İrana qarşı bütün sanksiyaları ləğv etməyəcək
09:30
Kamçatkada ardıcıl zəlzələ baş verib
09:15
ABŞ və İran RAZILAŞDI
08:07
ABŞ 60 ölkədən idxal olunan məhsullara yeni gömrük rüsumları tətbiq edəcək
07:15
Aİ-nin Ukrayna və Moldova ilə bağlı RAZILIĞI
06:30
Britaniyanın Mİ6 xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri vəfat edib.
05:30
Magyar: Ukrayna Zakarpatiyadakı macar azlığın hüquqlarını bərpa etməyə razılaşıb
05:15
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR