İyunun 26-da vəfat edən məşhur türkiyəli aktyor Kadir İnanırın vəsiyyəti açıqlanıb.
EDnews xəbər verir ki, bu barədə “Sözcü” yazıb.
Mərhum sənətçinin bacısı oğlu Levent İnanır onunla vida mərasimdə verdiyi açıqlama ilə diqqət çəkib.
O, Türkiyə mətbuatına açıqlamasında bildirib ki, sənətçi sağlığında orqanlarını bağışlayıb.
Levent İnanır qeyd edib ki, dayısı xüsusilə ürəyini və gözlərini alacaq şəxslərin kim olacağı ilə maraqlanırmış.
“Vəsiyyəti çox gözəldir. Orqanlarını bağışlamışdı. Ən çox da ürəyimi və gözlərini kim alacaq deyə düşünürdü”, — deyə Levent İnanır bildirib.
Qeyd edək ki, Kadir İnanır Türkiyə kinosunun ən tanınmış simalarından biri hesab olunurdu. "Yeşilçam" ustasının vida mərasiminə bir çox məşhur şəxs qatılıb.







