21 iyundan bəri Avropada həddindən artıq istilərlə bağlı 1300-dən çox ölüm hadisəsi qeydə alınıb.
EDnews xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial mediada məlumat verib.
ÜST rəhbəri qeyd edib ki, Avropa Yer kürəsində ən sürətli istiləşməni yaşayan qitədir və temperatur qlobal orta göstəricidən iki dəfə yüksəkdir. Hazırda 150 milyon insan həddindən artıq istidə yaşayır, yüzlərlə insan ölüb, məktəblər bağlanıb və elektrik şəbəkələri sıradan çıxıb.
Qebreyesus bildirib ki, ÜST üzv dövlətləri və tərəfdaşları ilə birlikdə həddindən artıq istiliyin yaratdığı sağlamlıq təhdidlərini aradan qaldırmaq üçün çalışır və hazırlığa, qarşısının alınmasına və ictimai səhiyyə tədbirlərinin gücləndirilməsinə diqqət yetirir. Xüsusilə, Avropa ölkələrini daha geniş iqlim dəyişikliyi səhiyyə gündəliyinin bir hissəsi kimi isti ilə əlaqəli sağlamlıq fəaliyyət planlarını həyata keçirməyə təşviq edirik.
Qeyd edək ki, iyun ayının sonunda anomal istilər Fransa, İspaniya, İtaliya, Böyük Britaniya və Almaniya da daxil olmaqla bir sıra Avropa ölkələrini əhatə edib. Bundan əlavə, Rusiyanın qərbində və şimalında isti hava hökm sürüb.







